2026-cı ilin ən populyar TWS qulaqlıqları və bazar liderləri açıqlandı

Опубликовано: 17:00, 12.06.2026

Smart Analytics Global analitik agentliyi 2026-cı ilin ilk ayları üzrə qlobal TWS (tam naqilsiz) qulaqlıq bazarına dair yeni hesabat yayımlayıb. Araşdırma göstərir ki, bazarın lideri dəyişməz olaraq qalır və bəzi modellər satışlarda rəqiblərini ciddi fərqlə geridə qoyur. Məlumata görə, 2026-cı ilin iyun ayının əvvəlinə olan nəticələrə əsasən, bazarın lideri Apple olub. Şirkət qlobal TWS


qulaqlıq satışlarının 23%-ni nəzarətində saxlayır. Apple-a məxsus Beats brendi də güclü nəticə göstərərək 8%-lik bazar payı ilə reytinqdə üçüncü pillədə qərarlaşıb. İkinci yerdə isə 11%-lik göstərici ilə Xiaomi qərarlaşıb. Analitiklərin məlumatına əsasən, Apple-ın qulaqlıq satışlarının 44%-i məhz AirPods Pro 3 və AirPods Pro 2 modellərinin payına düşür. Bu cihazlar şirkətin premium seqmentdə üstünlüyünü qorumasında əsas rol oynayır.


Hesabata görə, 2026-cı ilin yanvar-mart ayları ərzində Apple (Beats brendi nəzərə alınmadan belə) TWS bazarında əldə olunan qlobal gəlirin təxminən yarısını formalaşdırıb. Ümumilikdə naqilsiz qulaqlıq bazarı artım trendini qoruyur. 2026-cı ilin birinci rübündə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıb. Ekspertlər ilin sonuna qədər dünya üzrə TWS qulaqlıq tədarükünün əlavə 10 milyon ədəd artacağını proqnozlaşdırırlar. Proqnozlara əsasən: 2026-cı ildə bazar sabit


böyüməsini davam etdirəcək; 2027-ci ildə satışlar daha 2% artacaq; Ümumi tədarük həcmi 350 milyon ədədə çata bilər. Analitiklər hesab edirlər ki, süni intellekt funksiyalarının qulaqlıqlara inteqrasiyası, aktiv səsboğma texnologiyalarının təkmilləşdirilməsi və istifadəçilərin naqilsiz həllərə artan marağı bazarın yaxın illərdə də böyüməsini təmin edəcək. The post 2026-cı ilin ən populyar TWS qulaqlıqları və bazar


liderləri açıqlandı appeared first on InfoCity.


2026-cı ilin ən populyar TWS qulaqlıqları və bazar liderləri açıqlandı

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

Nokia səhmləri 16 ilin maksimumuna çatdı 16:00, 24 Апр Nokia səhmləri 16 ilin maksimumuna çatdı Nokia 2026-cı ilin ilk rübü üzrə güclü maliyyə nəticələri açıqladıqdan sonra bazarda diqqət mərkəzinə düşüb. Şirkət gözləntiləri üstələyərək proqnozl...

Huawei içində qulaqlıqları olan WATCH Buds 2 ağıllı saatını təqdim etdi 08:00, 21 Апр Huawei içində qulaqlıqları olan WATCH Buds 2 ağıllı saatını təqdim etdi Huawei ən qeyri-adi konseptlərindən birini yenidən gündəmə gətirdi. Şirkət daxili qulaqlıqlarla təchiz olunmuş yeni ağıllı saatını — Huawei WATCH Bud...