Android-də dipfeyk zəngləri aşkar edən funksiya istifadəyə veriləcək

Опубликовано: 13:00, 05.06.2026

Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə birlikdə yeni təhlükələr də meydana çıxır. Son dövrlərdə fırıldaqçılar qurbanları aldatmaq üçün onların yaxınlarının, dostlarının və ya tanışlarının səsini süni şəkildə təqlid edərək telefon zəngləri həyata keçirirlər. Google bu problemin qarşısını almaq üçün Android əməliyyat sisteminə yeni təhlükəsizlik funksiyası əlavə etməyə hazırlaşır. Fake Call Detection adlı yeni alət artıq iyun


ayından etibarən Android 12 və daha yeni versiyalarla işləyən smartfonlarda əlçatan olacaq. Yeniləmə quraşdırıldıqdan sonra funksiya avtomatik aktivləşəcək və istifadəçinin kontakt siyahısındakı şəxslərin adından edilən şübhəli zəngləri yoxlayacaq. Maraqlıdır ki, sistem səsin süni intellekt tərəfindən


yaradılıb-yaradılmadığını analiz etmir. Bunun əvəzinə, zəngin həqiqətən həmin şəxsdən gəlib-gəlmədiyini müəyyən etmək üçün əlaqənin şifrələnmə mexanizmini yoxlayır. Əgər sistem müəyyən etsə ki, zəng edən şəxsin smartfonu əslində həmin anda zəng rejimində


deyil, cihaz dərhal istifadəçini xəbərdar edəcək. Belə hallarda smartfon xəbərdarlıq siqnalı səsləndirəcək, vibrasiya edəcək və ekranda mümkün dələduzluq cəhdi barədə bildiriş göstərəcək. Bu, istifadəçilərin emosional təzyiq altında yanlış qərar verməsinin qarşısını almağa kömək edə bilər. Yeni təhlükəsizlik mexanizmi açıq Rich Communication Services (RCS) standartı əsasında işləyir. Funksiya yalnız Google-un rəsmi Telefon, Kontaktlar və


Mesajlar tətbiqlərindən istifadə edən Android cihazlarında fəaliyyət göstərəcək. Ekspertlərin fikrincə, dipfeyk texnologiyalarının sürətlə yayılması fonunda belə həllər yaxın illərdə mobil təhlükəsizliyin vacib hissəsinə çevriləcək. The post Android-də dipfeyk zəngləri aşkar edən funksiya istifadəyə veriləcək appeared first on InfoCity.


Android-də dipfeyk zəngləri aşkar edən funksiya istifadəyə veriləcək

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

Google Earth-də pulsuz aviasimulyator istifadəyə verildi 19:00, 15 Июн Google Earth-də pulsuz aviasimulyator istifadəyə verildi Google şirkəti Google Earth xidmətinin veb versiyasına yeni eksperimental uçuş simulyatoru əlavə edib. Yeni funksiya istifadəçilərə virtual təyyarəni...

LG dünyanın ilk 1080p təsvir ölçüsündə 1000 Hz yenilənmə tezliyi təqdim edən oyun monitorunun qiymətini açıqladı 23:00, 26 Авг LG dünyanın ilk 1080p təsvir ölçüsündə 1000 Hz yenilənmə tezliyi təqdim edən oyun monitorunun qiymətini açıqladı LG Electronics dünyanın ilk Full HD təsvir ölçüsündə Native 1000 Hz yenilənmə tezliyi təklif edən oyun monitoru UltraGear 25G590B modelinin satışa çı...

Apple iPhone, iPad və Mac üçün yeni ödəniş proqramını istifadəyə verəcək 01:00, 23 Июл Apple iPhone, iPad və Mac üçün yeni ödəniş proqramını istifadəyə verəcək Apple yeni Apple Upgrade proqramını istifadəyə verməyə hazırlaşır. Bloomberg-in məlumatına görə, şirkət bu layihə çərçivəsində Klarna ilə əməkdaşlıq ...