PlayStation tarixində mühüm rol oynamış şəxs niyə vəzifədən uzaqlaşdırıldığını açıqladı

Опубликовано: 07:00, 23.04.2026

Shuhei Yoshida illər sonra sükutu pozaraq Sony daxilində baş verən qalmaqallı dəyişikliklərin arxa planını açıqlayıb. Onun sözləri xüsusilə PlayStation fanatları üçün yeni müzakirə mövzusu yaradıb. 2008–2019-cu illərdə SIE Worldwide Studios-a rəhbərlik edən Yoşida qəfil olaraq PlayStation Indies bölməsinə


keçmişdi. O vaxt bu qərar çoxlarını təəccübləndirmişdi. İndi isə səbəb bəlli olub — Avstraliyada keçirilən ALT: GAMES festivalında o, həqiqəti açıq şəkildə dilə gətirib: “Məni o vəzifədən uzaqlaşdırdılar. Jim Ryan məni daxili studiyalardan kənarlaşdırmaq istəyirdi, çünki onu dinləmirdim. O, məndən bəzi absurdlər tələb edirdi, mən isə israrla ‘yox’ deyirdim.” Yoşida bunu zarafatla desə də, 2025-ci ildə verdiyi açıqlama vəziyyətin heç də sadə


olmadığını göstərmişdi. Ona seçim təklif olunmuşdu: ya indie layihələrlə məşğul olmaq, ya da şirkətdən ayrılmaq. O isə müstəqil oyunlara olan sevgisinə görə birinci variantı seçmişdi. Maraqlıdır ki, Yoşida rəhbər olduğu dövrdə oyun sənayesinin ən böyük hitlərinə töhfə verib. Onun iştirakı ilə God of War, Uncharted, The Last of Us və Ghost of Tsushima kimi layihələr hazırlanıb. Xüsusilə Ghost of Tsushima onun rəhbər kimi son böyük işlərindən


biri olub. Digər tərəfdən, Jim Ryan dövrü daha çox servis tipli oyunların kütləvi inkişafı ilə yadda qalıb. Lakin bu layihələrin bir çoxu — o cümlədən God of War və The Last of Us əsasında planlaşdırılan oyunlar — sonradan ləğv edilib. Ehtimal olunur ki, Yoşidanın “absurd” adlandırdığı qərarlar məhz bu strategiya ilə bağlı


idi. The post PlayStation tarixində mühüm rol oynamış şəxs niyə vəzifədən uzaqlaşdırıldığını açıqladı appeared first on InfoCity.


PlayStation tarixində mühüm rol oynamış şəxs niyə vəzifədən uzaqlaşdırıldığını açıqladı

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

PlayStation 6 Portable получит обратную совместимость с играми для PS5 и PS4 10:00, 19 Апр PlayStation 6 Portable получит обратную совместимость с играми для PS5 и PS4 Согласно последним слухам, основанным на утечке внутренних документов Sony Interactive Entertainment, грядущая портативная консоль PlayStation может ...